KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə onlarla hərbçi həbs olundu

Türkiyə polisi FETÖ fəaliyyəti ilə bağlı istintaq çərçivəsində adıçəkilən terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinən şəxslərin saxlanılmasını həyata keçirir.

prokurorluq 170 nəfərin saxlanılması ilə bağlı qərar çıxarıb.

Onlardan 144-ü hazırda xidmətdə olan hərbi qulluqçulardır.

Əməliyyat tədbirləri İstanbulda və ölkənin 37 müxtəlif bölgəsində həyata keçirilir. Hərbi qulluqçular FETÖ-yə üzv olmaqda şübhəli bilinir. 

Agentliyin məlumatına görə, həmin şəxslər dəfələrlə təşkilatın gizli imamları ilə əlaqə yaradıb. Hal-hazırda 22 nəfərin saxlanıldığı xəbər verilir, reydlər davam etdirilir.

Qeyd edək ki, FETÖ ilə bağlı sonuncu belə irimiqyaslı əməliyyat fevralın 16-da həyata keçirilmişdi. Həmin vaxt 52 nəfərin saxlanılması ilə bağlı order verilmişdi.


19:17 20.02.2018