KANAL24.AZ
Az Iw En Ru

Olimpiadada nadir hadisə: İki ölkəyə qızıl medal verildi

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında bobsley üzrə kişilərin qoşa mübarizəsinə yekun vurulub.

Olimpiya çempionluğunu iki ölkə əldə edib.

Kanadanı təmsil edən Castin Krips və Aleksander Kopaç, eləcə də, Almaniyadan olan Françesko Fridrix və Torsten Marqis 3 dəqiqə 16,86 saniyə nəticə göstərib. Nəticədə hər iki duet qızıl medal qazanıb. 

Bürünc medala isə 3 dəqiqə 16,91 saniyə göstərici ilə Oskar Melbardis – Yanis Strenqa (Latviya) cütlüyü yiyələnib.

Qeyd edək ki, müasir Olimpiada tarixində bobsley yarışlarında bunadək cəmi iki belə hadisə olub.

1998-ci ildə qızıl medalı Kanada və İtaliya idmançıları “bölüşdürüb”.

1968-ci ildə isə İtaliya və Almaniya Federativ Respublikası idmançıları eyni nəticəni göstərib. Lakin həmin vaxt qızıl medal italyanlara verilib.


19:04 20.02.2018