KANAL24.AZ
Az Iw En Ru

Beş milyonluq heykəlin baş barmağını oğurladı

Amerikalı Mişel Rohana adlı gənc Çinə aid 2000 yaşı olan Terrakota döyüşçüsü heykəllərinin olduğu sərgidə selfi çəkdirdiyi heykəlin baş barmağını oğurlayıb.

Beş milyon dollara yaxın dəyəri olan heykəl Filadelfiyadakı Fraklin İnstitutunda sərgilənən 10 Terrakota heykəlindən biridir. 

Çinin rəsmi xəbər portalları yazır ki, Federal Təhqiqatlar Bürosu (FTB) gəncin 24 yaşı olduğunu deyib. Onlar bildirib ki, Mişel öncə telefonun flaş işığından istifadə edərək heykəllə şəkil çəkdirib, daha sonra onun baş barmağını qopararaq cibinə qoyub.

Muzeydə çalışanlar barmağın yerində olmadığını bir neçə gün sonra görüblər. FTB kamera görüntülərindən Mişeli tapıb və o, günahını etiraf edib.

Heykəllərin xarici ölkələrə sərgiyə çıxması üzrə məsul şəxs olan Şaanhi Mədəni Miras Mərkəzinin direktoru Vu Hayun Franklin İnstitutunu məsuliyyətsizliyə görə qınayıb və oğurluq edən Rohananın sərt cəzalandırılmasını tələb edib.

Ancaq Mişel Rohana pul ödəyərək zaminə çıxıb.

Qeyd edək ki, Terrakota döyüşçüləri Çinin ən önəmli arxeoloji əsərləridir. Terrakota Ordusu gerçək insanla eyni ölçüdə olan silahlı əsgərlərdən ibarət heykəllərdən ibarətdir.

Heykəllər 1974-cü ildə kəndlilər tərəfindən tapılıb. 2012-ci ildə qazıntı işlərini yenidən aparan komanda isə heykəllərin digər qismini üzə çıxarıb.

 


18:28 20.02.2018
Xəbər lenti
Bütün xəbərlər