KANAL24.AZ
Az Iw En Ru

Bakıda Wİ-Fİ oğrsu tutuldu

Ötən gecə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonunda oğurluqla bağlı şikayət daxil olub.

Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə daxil olan şikayət əsasında dərhal aidiyyatı üzrə hadisə yerinə polis briqadası göndərilib. Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


22:06 19.02.2018
Xəbər lenti
Bütün xəbərlər