KANAL24.AZ
Az Iw En Ru

Azarkeşləri təhqir edən futbolçu cəzalandırıldı

"Yuventus" 19 yaşlı yarımmüdafiəçi Leandro Fernandesi cərimələyib.

Gənc futbolçu "Torino" azarkeşlərinə qeyri-etik jest göstərdiyinə görə cəzalandırılıb. Hadisə "Yuventus" və "Torino"nun əvəzedici komandalarının oyununda baş verib. "Qoca senyora" Arnel Yakupoviçin yeganə qolu ilə derbidə qalib gəlib.

 

Bu qoldan sonra Fernandes rəqib azarkeşlərinin tribunasına dönərək təhqiredici hərəkət edib. O, daha sonra İnstagram səhifəsində hərəkətinə görə üzr istəyərək "Torino" azarkeşlərinin səsləndirdiyi  irqçi şüarlar ucbatından hisslərini cilovlaya bilmədiyini qeyd edib. Holland yarımmüdafiəçi qış transfer pəncərəsində "PSV Eindhoven"dən "Yuventus"a keçib


00:09 19.02.2018