KANAL24.AZ
Az Iw En Ru

Hollivud ulduzları İslam məbədində diz çökdü..

Qazaxıstana səfərləri zamanı məşhur Hollivud kinoaktyorları Erik Roberts, Bay Lin, Mark Dakaskos və Keri-Hiroyuki Taqava müsəlman ibadətgahını ziyarət ediblər. 
 
Ust-Kamenoqorsk şəhərindəki Xəlifə Altay məscidinə gələn  əcnəbi qonaqlar müsəlman ruhanilər və camaatla ibadətə qatılıblar.
 
Sosial şəbəkələrdə paylanmış fotoşəkillərdən hiss olunur ki,  Allahın evini ziyarət Hollivud ulduzlarının  ürəyincə olub.  400-dən çox filmdə çəkilmiş Erik Roberts və dostları  müsəlmanlar kimi dizlərini yerə qoyaraq  dua ediblər
 
Qeyd edilir ki, Roberts, Lin, Dakaskos və Taqava Qazaxıstanın  mədəniyyəti və təbii  sərvətləri haqqında sənədli filmin yaradılmasında iştirak etməyi planlaşdırırlar.
 
 
 
 

23:53 18.02.2018
Xəbər lenti
Bütün xəbərlər