KANAL24.AZ
Az Iw En Ru

Bakıda qısqanc ər arvadının qanını tökdü – Təfərrüat

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Abbas Mirzə Şərifzadə küçəsindəki mənzillərdən birində yaşayan 1981-ci il təvəllüdlü Ramilə Ağayeva bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Ramilə Ağayeva qısqanclıq zəminində əri ilə mübahisə edib. Mübahisə zamanı qadın bıçaqlanıb.

Mübahisəyə səbəb Ramilə Ağayevanın sosial şəbəkədə başqa bir nəfərlə danışıb. Bundan xəbər tutan ər bıçağa əl atmalı olub.

Faktla bağlı cinayət işi başlanıb.


18:23 18.02.2018