KANAL24.AZ
Az Iw En Ru

Pirallahıda 500-dən artıq sakin tibbi müayinələrdən keçib

Ölkəmizdə fevralın 12-dən başlanılan əhalinin tibbi müayinə tədbirləri Pirallahı rayonunda uğurla həyata keçirilir.

Rayon icra hakimiyyətindən  təşkil edilən tibbi müayinələrdə əhalinin mütəşəkkilliyi müşahidə olunur. Bu məqsədlə Rayon icra hakimiyyətində aidiyyətı qurum nümayəndələrindən ibarət komissiya yaradılıb, xüsusi qrafik tərtib olunub. Səhiyyə müəssisələrində əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb. Səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparır. Yaşlı sakinlərin evlərində tibbi müayinədən keçirilməsi üçün sahə ərazi icra nümayəndəlikləri tibb müəssisələrinə yaxından kömək göstərirlər.

Tərtib edilən qrafik əsasında 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, eləcə də Çilov adasında yerləşən 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və Neft Daşlarında yerləşən tibb məntəqəsində əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə müayinələr diqqətlə aparılır.

Aksiya başlanandan 500-dən artıq rayon sakininin sağlamlıq vəziyyəti yoxlanılıb. Əhalinin tibbi müayinədən keçirilməsi tədbiri uğurla davam edir.


01:55 16.02.2018