KANAL24.AZ
Az Iw En Ru

Neymar “Real”a keçəcək

Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar Madridin “Real” komandasına keçəcək.

Bu iddia ilə Mundo Deportivo çıxış edib.

Bu nəşrin iddiasına görə, İspaniya klubunun prezidenti Florentino Peres Neymarın atası ilə danışıqlar aparır və daha bir mövsüm gözləməyə hazırdır. Keçidin 2019-cu ilin yayında baş tutacağı deyilir.

Qeyd edək ki, Neymar Fransa çempionatında 18 matçda iştirak edib və 19 qola imza atıb. O, Çempionlar Liqasında keçirdiyi altı matçda isə altı dəfə rəqib qapıçıları məyus edib.


22:45 15.02.2018