KANAL24.AZ
Az Iw En Ru

Niyazi Səfərov: Hər bir iqtisadi regionun potensialına uyğun sənaye zonaları yaradılacaq

Hər bir iqtisadi regionun potensialına uyğun olaraq sənaye zonaları yaradılacaq.

Bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Ölkənin digər rayonlarında da sənaye zonalarının yaradılması ilə bağlı işlər aparılır, qiymətləndirilmələr həyata keçirilib. Hər bir iqtisadi regionun potensialına uyğun olaraq sənaye zonalarının yaradılması işləri icra olunacaq. İqtisadiyyat Nazirliyi yeni sənaye zonalarının yaradılması ilə bağlı təkliflər hazırlayır.


22:22 15.02.2018
Xəbər lenti
Bütün xəbərlər