KANAL24.AZ
Az Iw En Ru

AFFA-nın mərhum prezidentinin oğlu yol qəzasında öldü

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Cip” markalı avtomobil su kanalına aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Related image

Qeyd edək ki, Anar Mirzəyev 2007-ci ilin oktyabrın 30-da dünyasını dəyişmiş AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin yeganə övladı olub.

 

 


20:01 15.02.2018
Xəbər lenti
Bütün xəbərlər