KANAL24.AZ
Az Iw En Ru

Emin Musəviyə yeni vəzifə verildi

Məşhur teleaparıcı Emin Musəviyə yeni vəzifə verilib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb:
 
"Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra “ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacam. Hazırda texniki məsələlər üzərində iş gedir. “ASAN xidmət”in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, “ASAN FM”-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, “ASAN xidmət” kimi “ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək".
 
Qeyd edək ki, tanınmış aparıcı bir müddət əvvəl “Azad Azərbaycan” Teleradio Şirkətinin “106.3 FM” radiosunun rəhbəri idi. 

23:06 05.10.2015