KANAL24 ONLINE TV
Az Iw En Ru

“Qarabağ” və Ramil Quliyev Türkiyədə “ilin ən yaxşısı” seçilə bilər

Türkiyənin “Milliyyət” qəzeti “ilin ən yaxşıları” mükafatına namizədləri açıqlayıb. 

8 nominasiya üzrə keçiriləcək sorğuda “Qarabağ”a da səs vermək mümkün olacaq. 

Belə ki, Azərbaycan çempionu 64-cü dəfə təşkil edilən səsvermə zamanı “ilin ən yaxşı komandası” adına namizəddir. Ötən il ölkə çempionu olan və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin futbol komandaları arasında rəqibləri “Beşiktaş” klubu və Avropa çempionu olmuş əlillərdən ibarət Türkiyə yığmasıdır.

Bundan başqa, azərbaycanlı atlet Ramil Quliyev də mükafat əldə edə bilər. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz həm “ilin idmançısı”, həm də “ilin yüksəlişdə olan idmançısı” nominasiyasında namizədlərdəndir.

Qeyd edək ki, qaliblərin adlarına apreldə aydınlıq gələcək.


20:23 14.02.2018