KANAL24.AZ
Az Iw En Ru

Bakıda turizm biznesi peşəkarları üçün tədbir təşkil olunacaq

Fevralın 15-də “JW Marriott Absheron” otelində turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək.

Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarlarıdır. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaq. “B2B Luxury & MICE Workshop” layihəsi çərçivəsində habelə fevralın 13-də Almatıda, 17-də isə Tbilisidə vorkşoplar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən  bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edir. Vorkşopun açılışında bu ölkənin turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cəhətləri haqda söhbət açacaq, habelə “Turkish Airlines” hava yolları şirkəti Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər.

Tədbir haqqında ətraflı məlumat və xarici iştirakçıların tam siyahısı ilə saytında və yaxud “Facebook” səhifəsində tanış olmaq olar.


00:45 15.02.2018