KANAL24 ONLINE TV
Az Iw En Ru

Polis veteranları gənclərin maarifləndirilməsi işində fəal iştirak edirlər

Ağdaş Rayon Polis Şöbəsinin Veteranlar Şurasının təşkilatçılığı ilə rayon ərazisində yerləşən Türk liseyində şagird və pedaqoji kollektivlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb.

Ağdaş Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Elman Qurbanov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. E.Qurbanov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.

Erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan şura sədri gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib.

Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.


16:56 14.02.2018