KANAL24.AZ
Az Iw En Ru

Müğənni Rauf Ramiz Rövşənin şeirinə mahnı bəstələdi

Sosial şəbəkələrdə və "Maşın" şouda iştirakı ərəfəsində Ramiz Rövşən yaradıcılığına tez-tez müraciət edən populyar ifaçı Rauf bu dəfə sevilən şairin sözlərinə mahnı oxuyub.

"Mərkəz" prodakşının yeni layihəsi olan "Kaş" Raufun yaradıcılığında yenilikdir. Belə ki, sözləri Ramiz Rövşənə aid olan mahnının musiqisini bu dəfə Rauf özü bəstələyib. İfaçının bəstəsini aranjeman etmək Xalis Xana həvalə edilib. Hər zamankı prodüserlər Nicat Məlikov və Fərid İsmayılov əmindirlər ki, məhz bu yeniliklər Raufun yaradıcılığını və istedadını başqa baxış bucağından izləmək imkanı verəcək.

Müğənninin mətbuat katibi Fərid İsmayılov onu bildirib ki, Rauf şairin xeyir-duasını alıb.


23:42 14.02.2018