KANAL24 ONLINE TV
Az Iw En Ru

2 yaşlı uşaq qaynar qazanda yandı

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

Hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.


15:07 14.02.2018