KANAL24 ONLINE TV
Az Iw En Ru

“Azərbaycan hökuməti xalqı üçün yaxşı işlər görüb” - Rastislav Vrbenski

“Azərbaycan ötən ilin yayında Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hesabatını BMT-yə təqdim edib. Eyni forumda ABŞ və Kanada da iştirak edib və öz hesabatları ilə müzakirə platforması yaradıb. Beləliklə, Azərbaycan Amerika kimi ölkə ilə müqayisə səviyyəsinə gəlib çatıb”.

Bu sözləri BMTİP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktor müavini Rastislav Vrbenski İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi seminarında deyib.

R.Vrbenski Azərbaycana 15 il əvvəl gəldiyini və o dövrə nisbətən ölkəmizin sürətlə inkişaf etdiyini bildirib:

“15 il əvvəl ölkənizə səfər ermişəm. Bakının sürətli inkişafı məni təəccübləndirdi. Məhz bu tərəqqi münasibətilə sizi təbrik edirəm.

Bildirmək istəyirəm ki, Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərindən faydalansa da, öz sələfindən xeyli fərqlənir. Minilliyin İnkişaf Məqsədləri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilib. Lakin Dayanıqlı İnkişaf Məqsədləri daha çox tətbiq olunmağı tələb edir. DİM-in gündəliyi qlobal əhalinin 2030-cu ilə qədərki tələblərini əks etdirir. Əgər MİM-də 8 məqsəd və 21 hədəf varsa, DİM-də 17 məqsəd və 169 hədəf mövcuddur. MİM-də kənarda qalan əsas suallar DİM-də öz əksini tapıb. Azərbaycanda DİM-in tətbiq edilməsi iqtisadi, sosial və ekoloji məsələlərin əhatə edilməsini hədəf seçib. Bizim məqsədimiz bu proqrama qoşulan ölkələrin dayanıqlılıq baxımından özlərini təmin edə bilsinlər. Ancaq bu, tədricən irəliləyən bir prosesdir. Azərbaycan ötən ilin yayında Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hesabatını BMT-yə təqdim edib. Eyni forumda ABŞ və Kanada da iştirak edib və öz hesabatları ilə müzakirə platforması yaradıb. Beləliklə, Azərbaycan Amerika kimi ölkə ilə müqayisə səviyyəsinə gəlib çatıb.

Qeyd etmək istəyirəm ki, Dayanıqlı İnkişaf Məqsədləri 115-150 milyardlıq bir büdcəni əhatə edir. Ancaq DİM bu büdcəni qat-qat çoxaltmağa malikdir və gələcəkdə bu proqramın 12 trilyon gəlir gətirməsi gözlənilir. BMT də bu sahədə proqrama qoşulan ölkələrə öz dəstəyini verəcək. Azərbaycanda özəl sektorlar DİM-in məqsədlərinə daxil olan məsələləri maliyyələşdirməkdə xüsusi seçilir. Biz istisna etmirik ki, özəl sektor gələcəkdə DİM-ə birbaşa yatırımlar edəcək. Artıq sosial sahələrdə də sərmayələr artır. Bir çox təşkilatlar sosial ahəngdarlıq proqramları ilə çıxış edirlər. MİM və DİM gündəlik proqramlarının müqayisəsi bizim üçün çox çətindir. Ancaq biz Azərbaycanın Dövlət Statistika Komitəsinə arxayınıq ki, onlar bizə şəffaf məlumatlar təqdim edəcəklər. Proqramın tətbiq edilməsində bəzi ölkələr kənar yardımlar gözləyir. Ancaq Azərbaycan nadir ölkələrdəndir ki, dövlət özü məhz bu sahəyə diqqət ayırdı. BMT proqram səviyyəsində dünya ölkələrini 30-a yaxın missiyanın tətbiq edilməsinə səsləyir. Azərbaycan bu ölkələrin önündə dayanır. Artıq DİM çərçivəsində Azərbaycan, Qazaxıstan, Moldova, Ermənistana səfər etmişik. İlin sonunda isə Türkiyə, Serbiya və s. ölkələr bizə qoşulacaq. Azərbaycan hökumətini təbrik edirəm. Çünki hökumət DİM çərçivəsində öz xalqı üçün yaxşı işlər görüb və DİM-in milli tələbatlara uyğunlaşdırılmasını təmin edə bilib”.


13:56 14.02.2018