KANAL24.AZ
Az Iw En Ru

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri hantinqton xəstəliyindən əziyyət çəkən xəstələrdə xərçəng riskinin 80 faiz aşağı düşdüyünü müəyyən edib.

Məlum olub ki, şişli hüceyrələr sinir hüceyrələrini zədələyən hantinqton zülalının qüsurlu formasına qarşı həssasdır.  

Hantinqton xəstəliyi - HTT genində CAG nukleotid tripletlərinin çoxalmasından qaynaqlanan və hantinqtinləri kodlaşdıran genetik sinir sistemi xəstəliyidir. Nəticədə zülalda qlutamin aminoturşusunun həddindən artıq çoxluğu müşahidə olunur.

Bu striatumun – kəllə beynin hərəkətverici reaksiya və şərti reflekslərə nəzarət edən hissəsinin atrofiyasına yol açır, sonrakı mərhələlərdə isə beyin qabığının zədələnməsi müşahidə edilir.

Xəstəliyin müalicəsi yoxdur və ilk simptomların meydana gəlməsindən sonra 15-20 il ərzində ölümlə nəticələnir.

Siçanlar üzərində aparılan sınaqlara əsasən, hantinqinlərin yumurtalıqların xərçəngli  toxumalarına yeridilməsi, hər hansı əks təsirlər olmadan şişin inkişafını ləngidir. Preparat digər bədxassəli şişlərdə, o cümlədən süd vəzisi, prostat vəzi, qaraciyər, beyin, ağciyər, dəri və yoğun bağırsağın şişlərində sınaqdan keçirilib.


17:57 14.02.2018