KANAL24 ONLINE TV
Az Iw En Ru

Bakı metrosunda qadın qatarın altına yıxıldı

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Epileksiya xəstəliyi olan xanım sudurğa tutaraq yıxılıb. 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı təcili yardım maşınıyla 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb".


09:31 14.02.2018