KANAL24 ONLINE TV
Az Iw En Ru

Azərbaycan səhiyyəsinə itki üz verib

Fevralın 13-də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib.

Sabir Mirzəyevin vəfat etməsinə qəfil ürək çatışmamazlığı səbəb olub. Səhər saatlarında ürəyində kəskin ağrılar yaranıb, təcilli tibbi yardım çağırılsa da onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah, eyni zamanda Azərbaycan Tibb Universitetində dossent olaraq işləyirdi. Azərbaycanda tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.

Dünyanın çoxlu sayda ölkələrində elmi konfranslarda və qurultaylarda iştirak edib. Onun ölümü işlədiyi kollektivlərlə yanaşı, Azərbaycan səhiyyəsinə itki sayılır. Allah rəhmət eləsin.


19:07 13.02.2018