KANAL24 ONLINE TV
Az Iw En Ru

AMEA-da dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünya şöhrətli bəstəkarı, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Akademik dahi bəstəkar Q.Qarayevin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 17-də imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra akademik Zemfira Səfərovanın və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, akademik Firəngiz Əlizadənin Q.Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən bəhs edən məruzələri dinlənilib.

Tədbir musiqi proqramı ilə davam etdirilib.


12:45 13.02.2018