KANAL24 ONLINE TV
Az Iw En Ru

Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan DANIŞDI

"Azərbaycanda indiyənə qədər keçirilən beynəlxalq idman yarışları ölkəmizə böyük faydalar gətirib".

Bunu Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, Azərbaycan 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi və digər böyük tədbirlərə ev sahibliyi edib. Nazir vurğulayıb ki, bu cür idman yarışlarından ölkəmizə böyük miras qalıb. Nazir qeyd edib ki, bu cür böyük idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycanın idman infrastrukturu inkişaf edib, ölkəmizin təşkilatçılıq qabliyyəti artıb:

“Burada insan kapitalı amili də mühüm rol oynayır. Artıq Azərbaycanda könüllülər ənənəsi formalaşıb. Azərbaycan könüllüləri artıq başqa ölkələrdə keçirilən yarışlarda iştriak edirlər. Birinci Avropa Oyunlarında iştirak edən könüllülərimiz Minskdə keçiriləcək növbəti Avropa Oyunlarda iştirak edəcək”.

Bu il Azərbaycanın daha bir neçə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcəyini diqqətə çatdıran A.Rəhimov vurğulayıb ki, bütün bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək.


11:55 13.02.2018