KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın “Eurovision” təmsilçisi ərindən boşandı

“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova ilk dəfə ərindən ayrılma xəbərindən danışıb.
 
Müğənni “Klip+”a açıqlamasında rəsmi boşandığını açıqlayıb:
 
“Xasiyyətlərimiz tutmadı. Sevib ailə qurmuşdum. Hər iki insan yaxşı olsa da, problemlə üzləşə bilər. Demirəm, indi eşq axtarıram. Bütün fikrim indi karyeradır”.
 
Dilarə “Soyunmağı sevirsən, yoxsa reklamdır” sualına belə cavab verib:
 
“Piarın bir hissəsidir”.
 
Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.
 


03:33 13.02.2018