KANAL24 ONLINE TV
Az Iw En Ru

Siyasi gərginlik idmana kölgə saldı - Ukrayna DÇ-ni yayımlamayacaq

Ukraynanın milli teleradio şirkəti Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının oyunlarını yayımlamaqdan imtina edib.

Şrikətin rəhbəri Zurab Alasaniya bu qərara siyasi motivlərin təsirini gizlətməyib:

“Dünya çempionatını göstərməkdən imtina etdik. Bu, milyonluq qiyməti olan anlaşmadır. Teleyayım hüququnu 2013-cü ildə almışdıq. Qərar vermək çətin oldu. İctimai televiziya Moskvadan futbol matçı yayımlaya bilər? Yox. Artıq paralel yayım üzrə bazar subyektləri də bizim mövqeyimizə dəstək verir”,- deyə  Alasaniya bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 2014-cü ildən siyasi gərginlik hökm sürür.


19:47 12.02.2018