KANAL24 ONLINE TV
Az Iw En Ru

Rəşad Sadıqovun rəsmi debüt matçının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib. 

Martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşma Adem Yaşari adına Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq. Beş oyuna 1 xal toplamış millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


18:29 12.02.2018