KANAL24 ONLINE TV
Az Iw En Ru

Xoşqədəm ilk dəfə əkizlərini Seda Sayanın verilişində göstərdi

Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva və həyat yoldaşı türkiyəli müğənni Doğuş illərdir Türkiyədə yayımlanan “Seda Sayanla” verilişində qonaqdır.

Övladları dünyaya gəldikdən sonra onları hər kəsdən gizli saxlayan cütlük əkizlərinin üzünü ilk dəfə sözügedən verilişdə göstərib.

Proqramda Doğuşun bu vaxta qədər övladlarını mediadan gizlətməsinin səbəbinin nəzərdən qorxduğu olduğu bildirilib.

Qeyd edək ki, 2014-cü ildə ailə həyatı quran cütlüyün 2016-cı ildə Arda və Arın adlı əkiz övladları dünyaya gəlib.


18:11 09.02.2018