KANAL24 ONLINE TV
Az Iw En Ru

Miri Yusif reklama çəkildi, qaydanı pozdu

Azərbaycanın tanınmış müğənnisi Miri Yusifin çəkildiyi  reklam çarxında yol hərəkəti qaydalarını pozduğu məlum olub.

“Haval” markalı avtomobilin sınaq yürüşü üçün çəkilən videorolikdə müğənni avtomobili Heydər Əliyev adına Sarayın qarşısında saxlayaraq düşüb getdiyi, bir neçə saat sonra geri qayıdaraq maşına mindiyi görünür. 

Radio aparıcısı Tural Yusifov isə müğənninin bu hərəkətini qınayıb və açıq-aşkar formada yol hərəkəti qaydalarını pozduğunu bildirib. T.Yusifov qeyd edib ki, yolun həmin hissəsində yol nişanı yalnız düzünə hərəkəti əmr edir və burada maşın “parkovka” etmək qadağandır. 

Bu qaydanı pozmağın cəriməsi isə 20 manatdır.

 


12:24 09.02.2018