KANAL24 ONLINE TV
Az Iw En Ru

Korrupsiya ilə mübarizə aparan Prezident kürəkəninin 1 milyon dollarlıq saatları...

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun kürəkəni Ibabekir Bekdurdyev bir milyondan çox dəyərində bir neçə qol saatına malikdir. 
 
 
Bu barədə “Türkmənistan alternativ xəbərləri” nəşri xəbər yayıb. 
 
28 yaşlı Bekdurduev Türkmənistan liderinin bacısı Gülnabatın qızlarından birinin əridir. Nəşr Bekdurdyevin “Instaqram” və “Vkontakte” səhifələrində yerləşdirdiyi foto-şəkillərdən və videolardan faydalanıb (xəbər yayıldıqdan sonra həmin akkauntlar silinib). Şəkillərdə və video-çarxlarda prezidentin kürəkəni müxtəlif markalı saatları nümayiş etdirir. Ən bahalı nümunə Qatar ölkəsi üçün məhdud sayda istehsal edilən “Richard Mille 52-02 Horse Tourbillon” brendidir. Belə saatların dəyəri təxminən 565 min dollardır.
 
 
 
Türkmənistan nəşrinin yaydığı məlumatda deyilir ki, “Richard Mille” prezident kürəkəninin sevimli markalarından biridir.  Onun, ən azı, 4 belə saat var. Onlar arasında ən ucuzları  110 min dollardır...
Sultan Laçın
 

 

 


10:25 09.02.2018