KANAL24.AZ
Az Iw En Ru

Metro və avtobus kartları dəyişdirilir? - BNA AYDINLIQ GƏTİRDİ (YENİLƏNDİ)

Yazda Bakının ictimai nəqliyyat istifadəçilərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək.

Bu barədə  ölkənin maliyyə bazarından olan mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, söhbət həmçinin hazırda avtobuslarda və metropolitendə quraşdırılmış kart oxucularının interfeysini dəstəkləyəcək yeni kartlardan gedir.

Kartın balansını elektron hesablardan, həmçinin ödəniş terminallarından istifadə etməklə artırmaq mümkün olacaq (MilliÖN, eManat, ExpressPay və EasyPay).

Hazırda Bakı Metropolitenində və "Bakı Bus" nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nağdsız ödənişlər nəqliyyat kartları vasitəsi ilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə  yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı yenilik nəzərdə tutulmayıb:

"Bu gün yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik".


21:09 08.02.2018
Xəbər lenti
Bütün xəbərlər