KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda gənc qız anasını evindən çıxardır

Ömrünü bir qız uşağına fəda etdi. Əvəzində haqsızlıq, göz yaşı gördü


Kanal24-də yayımlanan Dərdini Bizə Danış Proqramının bu dəfəki dərdli anası Sabunçu rayonu Zabrat1 qəsəbəsi Vidadi küçəsi 11 mənzil 2 ünvanında yaşayan Məmmədova Səmayədir. Dərdli Ana övladlığa götürdüyü Əhədzadə Əzəmətdən şikayətçidir. Onun sözlərinə görə Əzəmətin atası ilə 1998 ci ildə ailə həyatı qurub. Həmin ərəfədə Əzəmətin 3 yaşı olub. Ananın sözlərinə görə ömrünün böyük ilini Əzəmətə qurban verib. Balaca qızcığazın yükünü öz çiyninə alaraq böyük çətinlik və məhrumiyyətlərə baxmayaraq onu böyüdüb. Həmin illərdə Səmayə xanım Əzəmətin atasının başqa bir ailəsinin olduğundan da xəbərsiz olub. Bir sözlə aldadıldığını illər sonrası anlayan Səmayə xanım Əzəmətin atasından ayrılsada Əzəməti atmır və ona qarşı sevgisidə azalmır. Böyük ümidlə Əzəməti böyüdür onu oxudur. Atalar demişkən sən saydığını say, gör fələk nə sayır? İllər ötür Əzəmət böyüyür. Bir müddətdən sonra Əzəmət doğma anasının qohumlarını tapmaq istəyir. Bu işdə Səmayə xanım Əzəmətə böyük dəstək olur. Anasının qəbrini tapan Əzəmət çox pis olur. Çünki ananın baş daşı yox idi. Əzəmətinin hər gün ağladığını görən Səmayə xanım bu dərdə dözə bilmir. Və Əzəmətin doğma anası Dadaşova Reyhana baş daşı düzəltdirir.


İllər sürətlə gəlib keçir. Əzəmət ali məktəbə daxil olur. Universitet illərində Vüqar adlı şəxslə tanış olur. Səmayə xanım isə bu istəyə qarşı çıxır. Ancaq Əzəmət dediyindən dönmür Vüqarı sevdiyini ondan ayrılmayacağını söyləyir. Səmayə xanım bir neçə müddətdən sonra gənclərin sevgisinə hörmətlə yanaşır. Və xoşbəxt olmaları üçün Əzəmətə dəstək olacağını bildirir. Ancaq Vüqarın ailəsi həmin ərəfədə Amerikaya köçüb gedir. Vüqarın sevgisiylə yaşayan Əzəmət onun geri qaydacağı günlə yaşayır. Bir gün evlərinə zəng gəlir. Səmayə xanım deyir ki, Vüqar onlara toy hazırlıqlarına başlamalarını söyləyir. Toya hazırlıq başlayır, dəvətnamələr paylanılır. Ancaq Vüqar Amerikadan gəlmir. Və çarəsiz qalan Dərdli Ana övladına bəy olmadan toy edir.


Ana deyir ki, Əzəmət artıq universiteti bitirib. Televiziyaların birində işləyir. Ancaq onunla münasibəti bir neçə ildir ki, tam olaraq pozulub. Əzəmət atasının yanında yaşayır. Və birdəfə də olsun ki, gəncliyini ona qurban verən Səmayə xanımla maraqlanmır. Ailənin yaşadığı problem məhkəmədə də müzakirə olunub. Səmayə xanım iddia edir ki, Əzəmət yaşadığı evi onun əlindən almaq istəyir. Və övladı üçün çəkdiyi əziyyətin qarşılığında böyük diqqətsizlik görüb.


Sonda qeyd edək ki, ata və ananın övlad üzərində hesabı ödənilməyən böyük haqqı vardır. Bu haqqı tapdalamaq isə tanrı qarşısında ən böyük günahdır. Gəlin valideynlərimizi sevək, onlara sahib çıxaq!

 

 

 


01:55 06.02.2018