KANAL24.AZ
Az Iw En Ru

Duman gün ərzində davam edəcək

Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir: "Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".

Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu temperatur 8 dərəcədir. Gün ərzində havanın temperaturu 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır".


17:02 05.02.2018