KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 4 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Kanal24 xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu”.

***

Prezident İlham Əliyev Ə.İ.Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilsin”.

***

Prezident İlham Əliyev K.C.Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev R.Ə.Əzimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilsin”.


01:43 03.02.2018