KANAL24.AZ
Az Iw En Ru

Parlamentin iki komissiyasının tərkibi dəyişdi

Milli Məclisin Hesablayıcı komissiyasının tərkibində dəyişiklik edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar verilib.

Qərara əsasən, Milli Məclisin deputatları - Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin Hesablayıcı komissiyanın üzvü seçilib.

Milli Məclisin daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq, Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə isə İntizam komissiyasının üzvü seçilib.


19:23 01.02.2018
Xəbər lenti
Bütün xəbərlər