KANAL24.AZ
Az Iw En Ru

Deputat: Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirlərində və XIII sessiyasında Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən və Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub.

qətnamələrin təşəbbüsçü  Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyəti olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva  o, sessiyada çıxışı zamanı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfırliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarın bütün müsəlman  aləmində böyük narahatlıq doğurduğunu söyləyib:

“Qeyd etdim ki, bu, Fələstin-İsrail münaqişəsinin ədalətli həllinə mənfi təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər və bu baxımdan, ABŞ qərarına yenidən baxmalıdır. Eyni zamanda, vurğuladım ki,  Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıyıq və  Azərbaycan olaraq, daim Fələstin xalqının yanındayıq. Bununla yanaşı, çıxışımda  İƏTPİ-nin üzv dövlətlərinə, dünya müsəlmanlarına Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürümü bildirdim  və qeyd etdim ki, 24 ildən artıqdır, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onu da vurğuladım ki, bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir, ancaq dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz...”

Millət vəkili bildirib ki, çıxışlardan sonra Daimi İxtisaslaşmış Komitələrinin məruzəçiləri danışıb. Sonra İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin məruzəçisi kimi, o, özü  çıxış edib:

“Komitədə müzakirə edilmiş qətnamə layihələri səsə qoyularaq yekdilliklə qəbul edildi. Siyasi məsələlər və Xarici əlaqələr Komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə edilərək, qəbul olundu. Bu zaman Komitəyə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq qəbul olundu”.

 


18:32 24.01.2018
Xəbər lenti
Bütün xəbərlər