KANAL24.AZ
Az Iw En Ru

Prezidentdən hakimlə bağlı - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
R. Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, R. Qvaladze 14 iyul 1998-ci ildə Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 

 

 


02:57 28.12.2017
Xəbər lenti
Bütün xəbərlər