KANAL24.AZ
Az Iw En Ru

Metroda dəhşətli anlar: qadın 25 yaşlı qızı qatarın altına atdı - VİDEO

Rumınyada metroda dəhşətli hadisə baş verib.

 
36 yaşlı Magdalena Serban adlı qadın Alina Ciucu adlı 25 yaşlı qızı qatarın altına atıb. Qatarla platforma arasında qalan Alina can verib. Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına düşüb.
 
Buxarestdə baş verən hadisə görənləri dəhşətə gətirib. Belə ki, Alinanı relslərin üzərinə atan qadın o, çıxmağa çalışarkən təpikləyərək yenidən qatarın altına atıb.
 
Qeyd edək ki, qadınların ikisi də Dolj şəhərindəndir. Onlar Buxarestdə yaşayıblar. Cinayət törədən şəxs tutulub. Onu qısa zamanda saxlayan polislər mükafatlandırılıblar. Qadının psixoloji vəziyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.
 
 
 
 
 
 
 

21:38 17.12.2017
Xəbər lenti
Bütün xəbərlər