"Arsenal"ın hücumçusu Aleksis Sançez karyerasını "Manchester City"də davam etdirmək istəyir.ulduz futbolçu bu səbəbdən Çindən gələn əlverişli təklifi rədd edib. Ona həftədə 400 min funt məvacib təklif olunub. Aleksisin "topçular"la müqaviləsi mövsümün sonunda başa çatır. Komandanın baş məşqçisi Arsen Venqer Sançezin qışda klubunu dəyişmək ehtimalını aşağı qiymətləndirmişdi.