KANAL24.AZ
Az Iw En Ru

Bakıda qadın özünü öldürmək istədi

Bakıda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

19:26 17.12.2017
Xəbər lenti
Bütün xəbərlər