KANAL24.AZ
Az Iw En Ru

Roman Qriqorçuk: "Bunu özüm də bilmirəm"

"Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk dövrəni  xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim”.
 Bu sözləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Səbail”lə oyunundan sonra (4:2) "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ukraynalı mütəxəssis "Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki" sualına belə cavab verib: "Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik".
 
Qriqorçuk uzun müddətdi heyətə düşə bilməyən Endi Halideyin komandadakı gələcəyi ilə bağlı konkret fikir bildirməyib: "Hələ bu barədə fikir irəli sürə bilmərəm. Çünki bunu özüm də bilmirəm".

 


03:32 16.12.2017