KANAL24.AZ
Az Iw En Ru

Cəlilabadda 35 yaşlı piyadanı maşın vurdu - Vəziyyəti ağırdır

Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub.

Hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


03:18 16.12.2017