KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ" məğlub durumda - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.  mərhələnin son iki cavab oyunu həm də Azərbaycanda ilin son futbol matçları olacaq.
 
İlk oyun artıq başa çatıb. Günün ilk matçında Premyer Liqada ikinci pilləni tutan "Qəbələ" ili 6-cı yerdə başa vuran "Səbail"in qonağı olub. Komandalar arasında Qəbələdəki ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdı. "Qırmızı-qaralar" cavab görüşündə də qələbə qazanaraq yarımfinala çıxıblar - 4:2. "Qəbələ" finala vəsiqə uğrunda görüşlərdə "Neftçi" ilə münasibətlərini aydınlaşdıracaq.
 
Son 3 mövsümdə "Qızıl dubl”a imza atan "Qarabağ” titulunu qorumaq üçün "Sumqayıt” səddini keçməlidi. Evdə gözlənilmədən çətinliklə üzləşən Qurban Qurbanovun yetirmələrinin rəqib meydanına da favorit kimi çıxacağı heç kimdə şübhə doğurmur. Meydan sahibləri isə sensasiyaya imza atsa, ilk dəfə adını yarımfinalçılar siyahısına yazdıracaq.
 
Qeyd edək ki, ötən gün "Keşlə" "Kəpəz"i (2:0, 3:2), "Neftçi" "Zirə"ni (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
 
Azərbaycan Kuboku
2017/18 mövsümü
1/4 final (Cavab oyunları)
 
15 dekabr
16.00 Səbail - Qəbələ 2:4
Qollar: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 - Filip Ozobiç, 22. Ruslan Qurbanov, 44. Famussa Kone, 56. Baqali Dabo, 75.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 13. Murad Musayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bayıl Arena”.
İlk oyun - 0:1.
 
19.00 Sumqayıt - Qarabağ 1:0
Qol: Kamal Mirzəyev, 22.
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 8. Markos Madera, 11. Mahir Mədətov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 49. İbrahim Əliyev, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt şəhər stadionu.
İlk oyun - 1:2.

 


02:34 16.12.2017