KANAL24.AZ
Az Iw En Ru

Samir Əliyev: "Oyundan sonra uşaqlara təşəkkür etdim”

"Ağır məğlubiyyətdi, 4 top buraxdıq. Danışmaq çətindi. Oyundan sonra uşaqlara təşəkkür etdim”. bu sözləri "Qəbələ" iləkubok oyunundan sonra (2:4) "Səbail”in baş məşqçisi Samir Əliyev deyib.
 
Baş məşqçi rəqibin ustalıq səviyyəsinin onlardan üstün olduğunu bildirib: "İndi oturub arxada qalan 5 ayı vərəqləyəcəyik. "Qəbələ”nin ustalıq səviyyəsi öz sözünü dedi. Bu gün "Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi".
 
Samir Əliyev qış planları ilə bağlı danışıb:"Bütün xətləri gücləndirmək istəyərdik. Mərkəz və cinah hücumçularının daha keyfiyyətli olmasını istəyirik.  Ancaq bəlli büdcəmiz var və buna uyğun da futbolçu ala bilərik".

02:08 16.12.2017