KANAL24.AZ
Az Iw En Ru

Məşhur məşqçi: "Ölməyimi istəyirlər"

"Bəziləri öləyimi istəyirlər. Ona görə belə şüarlar səsləndirirlər".  bu sözləri "Gənclərbirliyi"nin baş məşqçisi Ümit Özat deyib.
 
Daim adı qalmaqallara qarışan, meydanda və meydandan kənardakı davaları ilə gündəmə gələn mütəxəssis azarkeşlərdən narazılıq edib: "İnsan komandası gözəl nəticələr qazananda azarkeşlərini yanında görmək istəyir. Amma bunu hamısı üçün söyləyəbilmərəm. Azarkeş olduqlarını iddia edən insanlar bu xoşbəxtlikləri paylaşmaq, qollar zamanı qucaqlaşmaq əvəzinə, hər qoldan sonra təhqir edir, fərqli etiraz formaları ortaya qoyur. Mən idmançı olmuşam. Bəzən sərt reaksiyalar verə bilərəm. Bunların hərəkətinə fərqli yollarla cavab verə bilərəm, amma azarkeşimi məhkəmələrdə görmək istəmirəm. İnsanlar özlərinə arzulamadıqlarını başqalarına qarşı etməz. Bizim də uşaqlarımız var. Bir insanın ölməsi ilə bağlı şüar səsləndirmək çox üzücüdü. Azarkeş qələbə ilə xoşbəxt olmursa, azarkeşliyin anlamı nədi? Nə edib axı bu Ümit Özat? Yaşanmış bir olayı xatırladaraq ölməyimi istəyirlər. Bunun azarkeşliklə heç bir əlaqəsi yoxdu".

23:57 15.12.2017