KANAL24.AZ
Az Iw En Ru

Rəşad Sadıqov Totti və Dzeko ilə görüşdü -

U-20 və U-21 millimizin, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının  baş məşqçisi Rəşad Sadıqov hazırda İtaliyadadı.
 
 O, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində "Roma"nın düşərgəsindədi. "Qarabağ"ın kapitanı burada ötən mövsüm futbolçu karyerasını başa vuran "Roma”nın hazırkı idman direktoru Françesko Totti və komandanın hücumçusu Edin Dzeko ilə görüşüb.
 
Qeyd edək ki, R.Sadıqov sabah "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.
 
 
 


 

23:29 15.12.2017