Amerika qitəsinin CONCACAF ali futbol qurumu tərəfindən keçirilən “2017-ci ilin ən yaxşı futbolçuları” nominasiyasının səsverməsi başa çatıb.
Ən yaxşı yarımmüdafiəçi nominasiyasında "Qarabağ"ın futbolçusu Donald Gerye (33%) qalib gəlib.
Səsvermədə baş məşqçilər, jurnalistlər və azarkeşlər iştirak edib. Geryeni 14% səslə "Portland Timbers"dən David Quzman və 12% səslə "Sportinq"dən Brayan Ruis izləyib.