KANAL24.AZ
Az Iw En Ru

Yeni Günəş sistemi tapıldı - VİDEO

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Kepler-90i adlı yeni ekzoplaneti aşkarlayıblar. Bu ekzoplanet Kepler-90 ulduzunun ətrafında dövrə vuran 8-ci planetdir.

Kepler-90i ölçüləri Yerdən 30 faiz artıq olan və ulduzu ətrafında 14,4 sutkaya tam dövrə vuran qaynar, qayalıq ekzoplanetdir.

Onun yaydığı siqnallar zəif olsa da, Google-un neyron şəbəkəsi vasitəsilə amerikalı alimlər ekzoplanetin koordinatlarını dəqiq müəyyənləşdirə biliblər.

"Kepler-90 planetar sistemi Günəş sisteminin mini-versiyasına bənzəyir. Bu sistemin daxilində kiçik, kənarlarına yaxın böyük planetlər var və o, kiçik, kompaktdır", - Google-un nümayəndəsi Kristofer Şalye deyib.

Günəş sistemindən təqribən 2500 işıq ili məsafəsində yerləşən Kepler-90 ulduzu Günəşlə müqayisədə daha qaynardır.

 

Kepler-90 ulduzu NASA-nın "Kepler" kosmik teleskopu vasitəsilə aşkarlanıb. 2009-cu ildə orbitə çıxarılmış bu teleskop Günəş sistemindən kənardakı ekzoplanetlərin tapılması üçün hazırlanıb. Amerikalı alimlər indiyədək "Kepler" vasitəsilə 1024 ekzoplanet aşkarlayıblar.

 

Videonu izləmək üçün şəklə klikləyin:

В NASA нашли вторую Солнечную систему


17:36 15.12.2017
Xəbər lenti
Bütün xəbərlər