KANAL24.AZ
Az Iw En Ru

Ölkədə dizel yanacağının istehsalı kəskin azalıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2469,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,0 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 6,9 faiz, yanacaq mazutunun istehsalı 42,6 faiz, dizel yanacağının istehsalı 20,0 faiz azalıb.

Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb. Hesabat dövründə 1 097,6 min ton avtomobil benzini istehsal edilib.Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Dizel yanacağının istehsalı isə 1 718,4 min ton olub. Hansı ki, bu da 2016-cı ilin noyabr ayı ilə müqayisədə 20 faiz azalma deməkdir. 


02:23 15.12.2017
Xəbər lenti
Bütün xəbərlər