KANAL24.AZ
Az Iw En Ru

Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb

Lerik rayonunda xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb.

Hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub. Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.


02:09 15.12.2017