KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ" futbolçusunu Çin klubuna satır - 1 milyon avroya

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çinə transfer oluna bilər. CAR yığmasının üzvünü Çinin "Hançjou Qrintaun" klubu transfer etmək istəyir.
 
Məlumata görə, hazırda iki klub arasında danışıqlar gedir. CAR-ın soccerladuma.co.za saytı da Din Ndlovunun "Hançjou Qrintaun" klubuna transferi ilə bağlı yazıb. Saytın iddiasına görə, "Qarabağ" Çin klubundan 1 milyon avro tələb edir.
 
Qeyd edək ki, Dino Ndlovu ötən mövsümdən çıxış etdiyi "Qarabağ"ın heyətində 59 oyun keçirib və 24 qol vurub. O, Azərbaycan çempionluğunu qazanıb, Çempionlar Liqasının qrupunda oynayıb.
 
"Hançjou Qrintaun" hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə "Neftçi"nin və hazırkı "Keşlə"nin (keçmiş "İnter" klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib. Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda "ilin əcnəbi idmançısı" nominasiyası üzrə qalib kimi ötən gün mükafatlandırıb.

17:55 14.12.2017